Səhər-səhər Füzulidən ACI XƏBƏRLƏR GƏLDİ - ÖLƏNLƏR VAR

04.07.2022 09:32
237
photo_31146575

Füzulidə mühəndisi elektrik cərəyanı vuraraq öldürüb.

AZSABAH.COM-a Füzuli rayon Prokurorluğundan verilən xəbərə görə, iyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

***

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM xəbər verir ki, hadisə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Beyləqan rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Bədirxanov idarəetdiyi avtomobili aşırıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.