Səfirliyimizə hücum edən GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR ÜZƏ ÇIXDI (VİDEO)

27.01.2023 12:45
18939
63d3717033554202301233840

İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi bilinib.

AZSABAH.COM bu barədə "MOUZE" teleqram kanalına istinadən xəbər verir. Kanalın yaydığı məlumata görə, hadisəni törədən terrorçu Yasin Hüseynzadədir.

O, "Kalaşnikov" avtomatı ilə atəş açaraq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb, 2 mühafizəçini isə yaralayıb.

Əldə olunan qeyri-rəsmi məlumatlara görə, Yasin Hüseynzadə İran vətəndaşıdır, onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. 

Belə ki, İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir. İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. 

Sosial mediada yayılan hadisə anının görüntülərindən də belə məlum olur ki, səfirliyin mühafizəsi hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşlarının qətlə yetirilməsi planlanmışdı. Həmin ərazidə xidmət aparan İran polisi də terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı operativ addımların atılması müşahidə olunmur.  

Həmçinin hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyə uşaqla gəlməsi və s. bu kimi yalan məlumatlar yayır.

Yayılan görüntülərdən də bu açıq-aşkar görünür. Terrorçunun səfirliyə uşaqla deyil tək girdiyi müşahidə kameralarına da yansıyıb.