Səfər Əbiyevin inanılmaz "biznez imperiyası": onu Vahid Əhmədovla NƏ BİRLƏŞDİRİRDİ? - SENSASİON FAKTLAR

04.06.2020 14:48
280
Azərbaycan Ordusu ildən-ilə güclənməsi,  Ali Baş Komandanın Ordu və Ordu rəhbərliyinə verdiyi dəyər və aparılan islahatlar bəzi şəxsləri narahat etməyə başlayıb. Bütün bu qarayaxmalar, keçmiş rəhbərliyin təriflənməsi hər yerdə açıq-aydın Səfər Əbiyevin izlərini göstərir. 

Sözsüz ki, hazırkı vəziyyət Səfər Əbiyev və onun ətrafını narahat etməyə bilməzdi. Axı sabiq Müdafiə naziri 18 il oturduğu postunda nəinki islahatlar apara bilməmiş, hətta əsgər analarının da qəzəbinə tuş gəlmişdi. Bundan başqa bir çox zabit onun dövründə xarici ölkələrə gedərək sığınacaq istəmiş, Qarabağ əlilləri onun yarıtmaz fəaliyyətini daim qınamışdır. Özünü daim Azərbaycana bağlı olduğunu bildirən sabiq müdafiə naziri artıq uzun müddətdir Azərbaycandan çıxıb getsə də əlaltıları və yaxın biznes həmkarları öz fəaliyyətləri ilə məşğuldur. 

Bir müddət əvvəl onun Çexiya vətəndaşlığı alması xəbərləri də çıxmış, Çexiyanın paytaxtı Praqa və kurort zonası ilə məşhur olan Karlovi-Vari şəhərlərində böyük biznesi olduğu hamıya məlum olmuşdu. Bundan başqa general-polkovnik Səfər Əbiyevin Moskva bazarlarında ”Pakrovka" ticarət mərkəzi, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi, Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları olduğu ortaya çıxmışdı. 

Qardaşları - əvvəllər sürücü olaraq işləmiş Məhəmməd Əbiyev Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik etmiş, böyük qardaşı Cəlal Əbiyev hərbi komissarlıqlara təsir edərək oranı öz bazarına çevirmiş, digər qardaşı Nazim Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açmış, digər tərəfində isə vaxtilə bank yaratmışdı. 

Nazirin kirvəsi məşhur Aslan Aslanov (Şəmkirin sabiq icra başçısı) Səfər Əbiyevin əli ilə Milli Ordumuzun yaralı ürəyinə dağ çəkən, layiqli zabitlərimizi vəzifədən kənarlaşdıran, rütbədən məhrum etdirən, orduda rüşvətin "xaç atası” olan bir şəxs olmuşdur. Aslan Aslanov ona tabe etdirilmiş 41 rayonun hərbi komissarı, komissarın müavinləri, başqa hərbi strukturlara rəhbərlik edənlərin qeyri-rəsmi kuratorluğu ilə də məşğul olmuşdur.

Sabiq Müdafiə nazirinin böyük oğlu Ruslan Əbiyev isə ölkəni tərk etmiş, İstanbul şəhərində Laleli prospektində yerləşən "İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim şirkətinin” paylarını 3.8 milyon manata alaraq böyük otel şəbəkəsinə, çoxsaylı ticarət və xidmət obyektlərinə sahib olmuşdur. O, atasının müxtəlif tenderlər və silah-sursat alqı-satqısında etdiyi saxtakarlıqlarla qazandığı pulların böyük bir hissəsini ölkədən çıxarmağa müvəffəq olmuşdur. 

Maraqlıdır ki, keçmiş Müdafiə naziri Türkiyədə Türkiyə türkcəsində özü haqqında dərc etdirdiyi kitabda niyə bunları qeyd etməmiş və Azərbaycanda yayılmasını istəməmişdi. 

Daim adı çəkiləndə yalnız rüşvət yada düşən və zabitlərin nifrətinə tuş gələn keçmiş Hərbi Polisin rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov onun sağ əli hesab olunurdu. Onun xidmət etdiyi müxtəlif illərdə qanunsuz əməlləri ilə yığdığı əmlakları isə saymaqla bitirmək olmaz. Lakin xidmət vaxtı heç bir uğurlu fəaliyyəti ilə yadda qalmayan bu şəxs indi də Azərbaycan Ordusunun və rəhbər heyətinin tənqidi və qara yaxma fəaliyyəti ilə məşğul olur.

Bir digər şəxs isə Səfər Əbiyevin yerlisi, Vəzirovçu və Mütəllibovçu Milli Məclisin deputatı Vahid Əhmədov da ordunun tikinti işlərində, ərzaq təminatında böyük rol oynamışdır. O, hətta o zamanlar kadr siyasətinə də təsir etmiş, onun xahişi ilə Şəkiyə hərbi komissar da göndərilmişdi. Qubada sabiq Müdafiə nazirinə inşa edilən obyektlərin tikintisinə deputat Vahid Əhmədov şəxsən nəzarət etmiş, öz adının hallanmaması üçün bacanağı Rəşidin tenderlərdə və kadr siyasətin də böyük rol oynamışdır. Onun oğlu Vüqarın  isə heç bir hərbi xidmət keçməməsinə baxmayaraq Nəsimi rayonunun hərbi komissarı vəzifəsini tutmuşdur. Lakin cənab deputat bu günlərdə Milli Məclisdə pafoslu çıxışı ilə diqqəti cəlb etmək istəmiş, lakin öz deputat həmkarları və digər ekspertlər tərəfindən tənqid atəşinə tutulmuşdur. Deyəsən deputat günü-gündən inkişaf edən Azərbaycan Ordusunu və onu idarə yüksək rütbəli peşəkar zabitləri onların əvvəlki həmkarları ilə səhv salmışdır. 

Unutmaq lazım deyil ki, hər bir kəs yaşadığı dövrdə bir iz qoyur. Lakin görünən odur ki, bəziləri yalnız öz keçmişində yalnız qara izlər qoyaraq yaşayır. Sabiq nazirin xidməti dövründə Orduda baş verən cinayətlər, özbaşınalıqlar və digər faktlar barədə növbəti yazımızda məlumat veriləcək. (Qaynarinfo)

Loading...

close
close