Səbinə Babayevadan geyiminə görə tənqidlərə cavab - FOTOlar

04.03.2024 07:58
261
65e5471abf9b9202403245922

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Avroviziya 2009"un qalibi Aleksandr Rıbak Bakıdakı konsertində müğənni Səbinə Babayeva ilə eyni səhnəni bölüşüb.

Azsabah.com metbuat.az-a xəbər verir ki, səhnədə geyiminə və artıq çəkilərinə görə tənqid olunan sənətçi sosial media hesabında foto paylaşaraq bunları yazıb:

"Sizə nifrət edənlərə hörmət edin. Onlar sizin özlərindən daha yaxşı olduğunuzu düşünənlərdir. Bənzərsiz olmaq, mükəmməl olmaqdan daha yaxşıdır. Mükəmməl insanlar həmişə biri-birinin yanında olurlar".