Sarkisyan ELAN ETDİ: Ermənistan təslim olur - "Hər şeyə hazırıq"

19.10.2020 12:49
1

Atəşkəs prosesinin başlanması üçün mümkün olan hər şeyi etməyə hazırıq.

AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan “Kommersant”a açıqlamasında deyib.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına hazır olduqları bildirilib: “Əldə edilmiş razılaşmalara sadiq qalaraq Ermənistan məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün lazımi addımları atma hüququnu özündə saxlayır”.

Ermənistanın rəsmi dairələrinin bənzər açıqlamalarla çıxış etməsi göstərir ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında ağır məğlubiyyətlərə uğrayan düşmən ölkənin döyüşmək üçün heç bir gücü və motivasiyası qalmayıb.

Loading...