Samirə Nəcəfzadəyə YÜKSƏK VƏZİFƏ VERİLDİ

14.07.2022 12:40
374
photo_63032794

Baş Prokurorluqda yeni təyinat olub.

AZSABAH.COM xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Samirə Nəcəfzadə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Bu təyinat ölkədə həyata keçirilən uğurlu gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında davamıdır.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, S.Nəcəfzadə əvvəllər Baş Prokurorluqda Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror vəzifəsində çalışıb.