Samirə Mustafayeva erotik FOTOsunu paylaşdı

19.12.2023 15:53
298
65818467bb568202312235415
Rusiyada yaşayan azərbaycanlı gimnast, bədii gimnastika üzrə idman ustası Samirə Mustafayeva yeni fotosunu abunəçiləri ilə paylaşıb.

AZSABAH.COM lent.az-a istinadla bildirir ki, fotoda Mustafayeva çimərlik paltarında və beysbol kepində poza verib.

Mustafayeva 1993-cü il yanvarın 15-də Sankt-Peterburqda anadan olub. 2007-ci ildə Azərbaycan milli komandasının heyətində dünya çempionatı, dünya və Avropa çempionatlarında iştirak etməyə başlayıb. Bu müddət ərzində o, Yaponiyada keçirilən Klublararası Dünya Çempionatının ikiqat bürünc mükafatçısı (2008, komanda və fərdi yarışlarda), Yaponiyada keçirilən Dünya Çempionatında (2009, komanda çoxnövçülüyündə) bürünc medal qazanıb. O, həmçinin Moskvada keçirilən Dünya Çempionatında (2010, komanda çoxnövçülüyündə) bürünc medal qazanıb və beynəlxalq turnir və yarışların dəfələrlə medalçısı olub.

2012-ci ildə Sankt-Peterburq millisində oynamağa başlayıb. 2013-cü ildə Mustafayeva peşəkar karyerasını başa vuraraq, dörd il sonra stretçinq və fitnes studiyaları şəbəkəsini açıb.