Salyanda ağır qəza: yaralanan var

20.09.2020 13:59
1078

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AZSABAH.COM-un “Report"a istinadla verdiyi məlumata görə, hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil bundan sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb. Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Loading...