Şairdən müğənniyə AĞIR SÖZLƏR: "Mənə şillə vursaydı, mən ona ikisini vuracaqdım

09.02.2024 23:15
346
65c67a36ef7e2202402241710



"Mənzurə Musayevaya dedim ki, siz Şövkət Ələkbərovanın tələbəsi ola bilməzsiniz, durub üstümə cumdu. Özü də həmişə ədəb-ərkanı gözlədiyini deyir. Bu necə ədəbdir? İnanın mənə, əgər Mənzurə mənə şillə vursaydı, mən ona ikisini vuracaqdım".


Ətraflı


Bunu şair Anar Vəziroğlu müğənni Mənzurə Musayeva ilə aralarında olan qalmaqaldan danışarkən deyib. Şair sənət adamlarının ondan çəkindiyini vurğulayıb: "Mənzurəkimilər çoxdur. İki aydan yuxarıdır ki, mən bu verilişlərə ekspert kimi dəvət alıram. Onlar da məni tanıyır. Müğənnilər gələndə xahiş edirlər ki, Anar Vəziroğlu mən çıxdığım verilişdə olmasın. Niyə? Çünki mən sözün düzünü deyirəm. Mənzurə Xalq artisti Flora Kərimovanın 40-50 ildir möhür vurduğu mahnıları oxuyur. Sonra da deyir ki, Şövkət Ələkbərovanın tələbəsi olmuşam. Dedim Şövkət Ələkbərovanın tələbəsi olmamısınız. Bəs, cəmiyyət niyə bu haqda bilmir? Onun bütün tələbələrini xalq tanıyır. Flora Kərimovanın möhür vurduğu mahnıları zümzümə ilə oxuyur".


Anar Vəziroğlunun fikirincə, müğənnilərin 40 yaşdan sonra deməyə sözü olmur: "Hərəsi bir şeylə özünü gündəmdə saxlayır, gah ərindən boşanır, gah əməliyyat etdirirlər. Nədir ki, gündəmdən düşməsinlər. Bunlar xəstə deyil, manyakdırlar. Xəstə abırlı adama deyilir. Təsəvvür edin ki, mənim kimi adamın üstünə cumur. Onlara elə gəlir ki, mən səbrliyəm, nə istəsə deyə, edə bilərlər. Mənim hüququm nə qədərdirsə, onun hüququ da o qədərdir. Suallara cavab vermək sənin borcundur. Mənzurə, sən Anar Vəziroğlunun yanından da keçə bilməzsən". 


Qeyd edək ki, şair və jurnalist Anar Vəziroğlu ilə müğənni Mənzurə Musayeva arasında efirdə qalmaqal yaşanıb. Buna səbəb Mənzurə Musayevanın mahnılarını oxuması və mərhum sənətkar Şövkət Ələkbərovanın tələbəsi olması ilə bağlı açıqlama verməsidir.