Şahruddin bu dəfə də səhvi ilə GÜNDƏMƏ GƏLDİ - Video

26.02.2024 11:07
484
65dc38d91e20c202402240809

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin "Adana Demirspor" klubu növbəti oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, adanalılar Superliqa çərçivəsində "Trabzonspor"la qarşılaşıb.

Komandasının 0:1 hesabı ilə uduzduğu oyunda Şahruddin yenə səhvi ilə yadda qalıb. Onun yanlış ötürməsindən sonra trabzonlular 2-ci dəfə fərqlənsə də, hakim ofsayd səbəbindən qolu qeydə almayıb.

Həmin epizodu təqdim edirik: