Şagirdlərin məktəbə telefon gətirməsinə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA

19.12.2023 21:01
405
6581cc9c344be202312230220
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə məktəbə mobil telefon gətirməyə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Qurumdan Musavat.com-a verilən məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir:


“Məlumat üçün bildiririk ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib. Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir”, - qurumdan qeyd olunub.