Sabirabadda ticarət obyektləri yanır

12.12.2023 21:40
316
65789e804881c202312235512
Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə yerləşən bir neçə bitişik ticarət obyektində yanğın baş verib.

Hadisə yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb ounub. Yanğın söndürülüb və digər obyektlərə keçilməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.