Sabahdan etibarən bu ölkələrlə SƏRHƏDLƏR AÇILIR - ELAN EDİLDİ

30.06.2020 23:42
595

Avropa İttifaqı iyulun 1-dən etibarən 14 ölkə ilə sərhədlərin açılması prosesinə başlayacaq.

AZSABAH.COM xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Həmin ölkələrin siyahısına Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay daxildir.

Sənəddə qeyd olunur ki, Çin Aİ vətəndaşları üçün sərhədləri açacağı təqdirdə bu siyahıya daxil ediləcək.

Rusiya və ABŞ-la sərhədlərin açılması məsələsi hələlik gündəmdə deyil.

Loading...