Sabah möhkəm isti olacaq - XƏBƏRDARLIQ

11.06.2020 13:49
117

İyunun 12-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

AZSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 34-38, Bakıda gecə 21-23, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.   

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 35-40, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoz:

İyunun 12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əlverişsizdir.

Loading...

close
close