Sabah hava necə olacaq?

12.05.2020 13:41
111

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 10-na olan hava proqnozunu açıqlayıb.

AzSABAH.COM-a Milli Hidrometeorologiya Xidmətindən verilə məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14° isti, gündüz 19-23° isti, Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.

Loading...

close
close