TƏCİLİ: Ruslar XEYLİ İTKİ VERDİ, Ukrayna BU ŞƏHƏRİ GERİ QAYTARDI - FOTO

Ukrayna ordusu Luqansk vilayətinin Şastya şəhərini geri alıb. 

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

"Şastya geri alındı, düşmən itki verdi. Rus təcavüzkarının hücumuna məruz qalan Şastya şəhəri yenidən geri qaytarıldı. Hücum cəhdində hərbi texnikalar, 50-yə yaxın düşmən qüvvəsi məhv edildi. Şastya bizim əlimizdədir" - məlumatda deyilir.