SON DƏQİQƏ: Rusiyaya BÖYÜK ŞOK - Sabah DEFOLT ELAN OLUNA BİLƏR

15.03.2022 21:07
238
photo_96806241

"Bloomberg" agentliyi Rusiyanın martın 16-da defoltla (Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi – red.)üzləşə biləcəyini proqnozlaşdırır.

AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, Rusiyanın ümumi ödənilməmiş dövlət və korporativ borcu 150 milyard dollara çatır.

Rusiyanın bu il defolt etmə ehtimalı təxminən 70% qiymətləndirilir. Bu rəqəmə bilavasitə Rusiyanın Ukraynaya müdaxiləsi təsir edib.

Hökumətin 117 milyon dollarlıq dollar istiqrazları üçün faiz ödəyəcəyi gözlənilir.

Nəşr hadisələrin sonrakı inkişafı ilə bağlı üç ssenari təqdim edib:

Birinci ssenari Rusiyanın borcunu dollarla ödəyəcəyini nəzərdə tutur, yəni defolt növbəti kuponların ödənilməsi vaxtı gələndə ən azı aprelin 4-nə qədər təxirə salınır.

İkinci ssenaridə Rusiyanın rublla ödəniş etməsi nəzərdə tutulur. Nəşrin yazdığına görə, bəzi müqavilələr belə bir ödənişə icazə verir, amma hamısı deyil. Xüsusilə, çərşənbə günü ödəniş yalnız valyuta ilə edilmiş hesab ediləcək, əks halda defolt deməkdir.

Üçüncüsü, Rusiya ümumiyyətlə pul ödəmir. Çərşənbə günü defolt, 30 günlük güzəşt müddətini işə salacaq və bundan sonra defolt davam edəcək.

Qeyd edildiyi kimi, Rusiya sonuncu dəfə 1998-ci ildə defolt edib. O, sürətli inflyasiya, rublun devalvasiyası və beynəlxalq bazarlarda maliyyə izolyasiyası spiralını başladıb.