Rusiyaya AĞIR ZƏRBƏ: Zelenski ABŞ-la RAZILAŞDI - BUNDAN SONRA...

14.04.2022 07:01
382
photo_61269304

Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika Birləşmiş Ştatlarının lideri Co Bayden Ukraynaya əlavə hərbi yardımı və mümkün makromaliyyə yardımını müzakirə ediblər.

AZSABAH.COM UNIAN-a istinadla xəbər verir ki, bu barədə V.Zelenski "Twitter"də məlumat verib.

O bildirib ki, müzakirələr zamanı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılıq əldə olunub.

"ABŞ prezidenti Co Baydenlə daimi dialoqunu davam etdiririk. Rusiyanın hərbi cinayətlərini qiymətləndirdik. Əlavə müdafiə paketi və Ukraynaya mümkün makromaliyyə dəstəyi müzakirə etdik. Sanksiyaları gücləndirmək barədə razılığa gəldik", - Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, rus qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya daxil olub.