RUSİYAYA 300 MİLYARDLIQ ZƏRBƏ HAZIRLANIR – Aktivləri Ukraynaya veriləcək

16.12.2023 16:27
326
657d97e14afbf202312232817

Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyin yollarını fəal şəkildə araşdırır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.

Son həftələrdə ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı özəl danışıqlarda daha iddialı mövqe tutduğu bildirilir. G7 iclaslarında ABŞ bəyan edib ki, aktivlərin müsadirəsi üçün beynəlxalq hüquqa uyğun bir yol var.

Qəzetin gördüyü ABŞ hökumətinin sənədində deyilir: “G7-nin üzvləri və digər dövlətlər Rusiyanı təcavüzünə son qoymağa sövq etmək üçün əks tədbir kimi Rusiyanın aktivlərini müsadirə edə bilərlər”.

ABŞ rəsmisi “Financial Times”a bildirib ki, Vaşinqton Rusiya aktivlərinin istifadəsi ilə bağlı fəal danışıqlar aparır və qərarın tez qəbul edilməsinə ehtiyac olduğunu düşünür. Bu məsələ Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünə təsadüf edən G7 liderlərinin mümkün görüşündə müzakirə oluna bilər.

Qeyd olunur ki, danışıqların intensivləşməsi son həftələrdə Ukraynaya dəyəri 100 milyard dollardan çox olan iki maliyyə yardımı paketinin ayrılmasının uğursuzluğa düçar olması ilə bağlıdır.

Xatırladaq ki, ABŞ Konqresində respublikaçılar və Avropa İttifaqında Macarıstanın Baş naziri Viktor Orban maliyyələşdirməyə qarşı çıxdıblar.

Qərb ölkələrində Rusiya Mərkəzi Bankının 300 milyard dollara yaxın ehtiyatı dondurulub.

Dekabrın 14-də Macarıstan yenidən Aİ sammitində Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardımın ayrılmasına mane olub.

“AzPolitika.info