Rusiyanın DƏHŞƏTLİ İTKİLƏRİ AÇIQLANDI: minlərlə hərbçi, yüzlərlə texnika... - ŞOK RƏQƏMLƏR

26.02.2022 12:55
492
photo_71166982

Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərini açıqlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Anna Malyar feysbukda yazıb.

O bildirib ki, fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan vəziyyətə görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, “Buk” ZRK, 17 avtomobil texnikası məhv edilib.

***

“Rusiya 3500-dən çox hərbçisini itirib”.

AZSABAH.COM xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak açıqlayıb. 

O, bildirib ki, 26 fevral tarixində səhər saatlarına olan son məlumata görə, Rusiya qoşunlarından daha 200 nəfər əsir götürülüb. 

Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının yaydığı məlumata əsasən, Rusiya Silahlı Qüvvələri 1000-dən çox itki vermişdi.