Rusiyadan DƏHŞƏTLİ ZƏRBƏ: Ukrayna ordusu darmadağın edildi, son 2 gündə... - İNANILMAZ İTKİ

31.08.2022 14:07
19812
Ukrayna

Ukraynanın Nikolayev-Krivoy Roq və digər istiqamətlərdə hücum əməliyyatlarını bərpa etmək cəhdi uğursuz olub.

AZSABAH.COM-un Apa-ya istinadən məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bugünki brifinqdə bildirib.

Onun sözlərinə görə, Arxangelsk, Olgino və Ternovye Podıya uğursuz hücumlar zamanı Ukrayna tərəfi xeyli itki verərək geri çəkilib

“Suxoy Stavok məntəqəsi yaxınlığında Ukraynanın 57-ci briqadasının bir batalyonu darmadağın edilib, həmin bqriqadan qalıqlarının məhv edilməsi bitmək üzrədir.

Ukrayna bölmələrini mühasirədən çıxarmaq üçün Polşadan gətirilən, İnqulets çayı ilə daşınan 12 tankın bir hissəsi Rusiya qoşunlarının güclü atəşi nəticəsində məhv edildi, bir neçəsi nizamsız geri çəkilmə zamanı özlərinin minaladıqları ərazidə partlayıb. Cəmi 5 tank geri qayıda bilib”, - deyə Rusiya MN rəsmisi vurğulayıb.

Konaşenkov 2 gün ərzində uğursuz hücumlar zamanı Ukrayna qoşunlarının 4 döyüş təyyarəsi (2 ədəd Su-25, bir ədəd Su-24 və MiQ-29) və 3 ədəd Mi-8 helikopteri, 63 tankı, 59 piyada döyüş maşını, 48 digər döyüş zirehli texnikasını, 14 ağır pulemyotlarla təchiz olunmuş pikap itirdiyini və 1,7 mindən çox əsgərinin məhv edildiyini söyləyib.