Rusiyadan SON DƏQİQƏ QARABAĞ AÇIQLAMASI: Yaxın gələcəkdə...

22.07.2021 18:57
10999

“Çətinliklərə baxmayaraq, Rusiya, Azərbaycan və Ermənistan liderləri məsələnin optimal həllini tapmaq üçün qətiyyətli olaraq qalırlar və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərinin mərhələli şəkildə yerinə yetirilməsi ilə bağlı öz öhdəliklərini təsdiqləyiblər”.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, 11 yanvar 2021-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatdan sonra yaranan Üçtərəfli İşçi Qrupu bir neçə görüş keçirərək konstruktiv dialoq reallaşdırıb, kommunikasiyaların açılmasına və iqtisadi əlaqələrə xidmət edəcək bir sıra təkliflərlə çıxış edib: “Ümid edirik ki, bu işçi qrupu yaxın gələcəkdə fəaliyyətini bərpa edəcək. Düşünürük ki, bu, birgə infrastruktur proqramının mərhələli şəkildə reallaşmasına kömək edəcək. Eyni zamanda, bu, həm Ermənistanın, həm Azərbaycanın və həm də region olaraq Cənubi Qafqazın marağına tam uyğundur”.

Loading...