Rusiyadan ŞOK AÇIQLAMA: Rus ordusu Ukraynadan sonra Azərbaycanla məşğul olacaq

19.12.2022 15:20
6728
63a049823e12a202212222242
“Rusiya Ukraynada məsələni yaya qədər həll edəcək. Orada məsələni həll edən kimi Rusiya silahlı qüvvələrinin əl-qolu açılacaq və bundan sonra Azərbaycanla məşğul olacaq”.

AZSABAH.COM bildirir ki, bu əcaib bəyanatla Rusiyanın raket və artilleriya akademiyasının prezidentinin müavini Konstantin Sivakov çıxış edib.

“Min kilometrlik cəbhə ilə məsələni həll etdikdən sonra Azərbaycanla məşğul olacağıq bu məsələni həll edəcəyik. Rusiya hələlik Azərbaycanla diplomatik kanalla işləyir. Azərbaycan Türkiyə və ABŞ-ın dəstəyi ilə Rusiya üçün ciddi problemlər yaradır. Rusiya rəhbərliyi və Rusiya bunu unutmayacaq“, - deyə Sivkov hədələyici halda bildirib.

Xatırladaq ki, bundan əvvəl MQİMO-nun professoru da Bakıya raket zərbəsinin endiriləcəyi ilə hədələyib. Bundan sonra o həmin ali məktəbdən qovulub (Haqqın.az).