Rusiyadan SENSASİYALI AÇIQLAMA: “Bayraktar”ın zavodunu VURACAĞIQ - RƏSMƏN ELAN EDİLDİ

09.08.2022 14:13
246
Ordumuz

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edəcək zavodun yaradılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

AZSABAH.COM-un xəbərinə görə, Kreml rəsmisi həmin zavod yaradılacağı halda Ukraynanı ora zərbə endirməklə təhdid edib.

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”, - D.Peskov söyləyib.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.