Rusiyadan Fərrux kəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: Delimitasiya prosesinin...

15.06.2022 16:05
230
photo_84654550

Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsi yoxdur.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur.

"Ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması Bakı və İrəvan arasında etimadın yüksəlməsinə və həm Azərbaycan- Ermənistan sərhədində, həm də sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.