Rusiyadan dəhşətli hücum: XEYLİ SAYDA ÖLÜ VƏ YARALI VAR

30.09.2022 12:02
4050
Ukrayna
Rusiya Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb.

AZSABAH.COM xəbər verir ki, bunu Zaporojye vilayətinin qubernatoru Oleksandr Straux teleqram kanalında yazıb.

O bildirib ki, humanitar karvanda gözləyən mülki şəxslər hədəf alınıb.

O.Straux hücumu terror aktı adlandırıb.

Qubernator bildirib ki, sabah, oktyabrın 1-də vilayətdə matəm elan olunacaq.