Rusiyadan Baydenin bacı və qardaşlarına qarşı ŞOK ADDIM

11.11.2022 22:07
2519
Bayden
Rusiya ABŞ prezidenti Co Baydenin iki qardaşına və bacısına sanksiya tətbiq edib.

AZSABAH.COM APA-ya istinadla xəbər verir ki, bu gün Rusiya Xarici İşlər Nazirliyi Federasiya ərazisinə girişi qadağan olunan 200 ABŞ vətəndaşının siyahısını dərc edib. Siyahıda ABŞ prezidenti Co Baydenin iki qardaşı, Ceyms və Frensiz Baydenlər, bacısı Valeri Bayden Ouens yer alıb.

Rəsmi Moskvanın "stop siyahısı"na Ağ Evin mətbuat katibi Karin Jan-Pier də düşüb.