Rusiyadan Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: Bakını bombalamalıyıq, çünki... - VİDEO

29.03.2022 10:40
341
photo_76176644

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycanı bombalamaqla hədələyib.

AZSABAH.COM xəbər verir ki, “News1” telekanalının canlı efirində çıxış edən Delyagin həddini aşaraq Azərbaycanın neft sənayesini bombalamağa hazır olduqlarını bəyan edib.

O bildirib ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakı cəzalandırılmalıdır.

Ukrayna, Polşa və Azərbaycanda baş verən son hadisələrlə bağlı fikirlərini bildirən deputat bütün bu ölkələrin cəzalandırılmalı olduğunu deyib və onları “ABŞ-ın peykləri” adlandırıb.

Delyagin efirdə Qarabağ mövzusunu qaldırıb, Bakını regionda münaqişəni bərpa etməkdə ittiham edib. Həddini aşan deputat bildirib ki, guya Azərbaycan Ankaranın “qanadının” altındadır, bu isə Rusiya üçün real təhlükə yaradır.

Deputat sözügedən sərsəm çıxışında vurğulayıb ki, bu gün Rusiya Federasiyasının Azərbaycan neftinə ehtiyacı yoxdur. O, Bakını açıq şəkildə təhdid edib: “İndi çox həssasdır. Onlar sözlərlə anlamaq istəmirlərsə, hərəkətlərlə anlamalı olacaqlar”.

Beləliklə, Moskva xarici siyasəti Rusiya Federasiyasının mövqeyi ilə uyğun gəlməyən başqa ölkəni növbəti dəfə müharibə ilə hədələyir.

Delyaginin sərsəmləməsini təsdiqləyən Kremlin “media tətikçisi” Olqa Skabeyeva da hədsizcəsinə Azərbaycana “çoxlu suallar”ın olacağını deyib. O.Skabeyeva ilk dəfə deyil ki, həddini aşan və media etikasına zidd olan anti-Azərbaycan çıxışlar edir. O, 44 günlük müharibə zamanı da bu cür mövqeyi ilə yadda qalıb.