Rusiyadan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA - Putinin köməkçisi ELAN ETDİ

12.10.2022 21:59
4369
Rusiya
Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir, yaxın gələcəkdə onun keçirilmə tarixlərinin razılaşdırılması planlaşdırılır.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Biz növbəti sammitin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatda keçirilməsini təklif edəcəyik və ümid edirik ki, yaxın gələcəkdə onun keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi vurğulayıb.

Uşakov qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına fəal töhfə verir:

“Moskva hesab edir ki, davamlı sülhə nail olmaq və regionda bütün problemlərin həllinin açarı Rusiya Prezidentinin fəal iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsindədir”.

Uşakov Astanada Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək danışıqlar aparacağını da diqqətə çatdırıb.