Rusiyadan Azərbaycana atılan “İsəgəndər”lə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - RƏSMİ

13.04.2021 15:41
12181

"Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İsəgəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar".

AZSABAH.COM xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İsgəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sual cavablandırarkən bildirib.

"Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”, - o deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması barədə müzakirə aparıb.

Loading...