Rusiyada hərbi hissəyə QANLI HÜCUM EDİLDİ: XEYLİ SAYDA ÖLÜ VƏ YARALI VAR

15.10.2022 23:39
4485
Rus sulhmeramli
Rusiya Müdafiə Nazirliyi ölkənin Belqorod vilayətindəki hərbi hissədə baş verən insidenti terror aktı adlandıraraq hadisədə 11 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə müdafiə qurumunun açıqlamasında bildirilib.

Qeyd olunub ki, olayı MDB ölkəsindən olan 2 nəfər edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular xüsusi əməliyyatda iştirak etmək arzusunda olan şəxslərlə atışma məşqi zamanı bölmənin şəxsi heyətinə silahlardan atəş açıblar: “Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb və onlara bütün lazımi yardımlar göstərilib”.

Nazirlik hər iki terrorçunun atışma nəticəsində öldürüldüyünü bildirib. (Report)