Rusiyada DƏHŞƏTLİ HÜCUM - XEYLİ SAYDA ÖLƏN VAR (VİDEO)

11.05.2021 13:12
5663

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

AZSABAH.COM xarici mediaya istinadla xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.

***

Tatarıstanın paytaxtı Kazanda bir gənc məktəbə silahlı hücum təşkil edib.

AZSABAH.COM xəbər verir ki, hadisə nəticəsində 9 nəfərin öldüyü bildirilir.

Həyatını itirənlərdən birinin müəllim, digərlərinin isə şagird olduğu qeyd edilib.

Kazan polisi, hücumu təşkil edən gəncin saxlanıldığını açıqlayıb.

Loading...

close
close