Rusiya və Belarus ordusu birgə hərəkətə keçir - Putinlə Lukaşenko RAZILIĞA GƏLDİ

10.10.2022 13:22
3752
Ktmt
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə bildirib. Onun sözlərinə görə, Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasının əsasını təşkil edəcək.

"Bu qruplaşmanın formalaşmasına başlanılıb. Məncə, iki gündür ki, davam edir. Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasınınn əsasını təşkil edəcək", - deyə Lukaşenko vurğulayıb.