Rusiya Ukraynada görün nə qədər itki verib: ABŞ real statistikanı açıqladı - DƏHŞƏTLİ RƏQƏMLƏR

27.05.2022 09:15
6543

Pentaqon Rusiyanın Ukraynaya qarşı müharibədə itirdiyi hərbi texnikanın sayını açıqlayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu müharibədə təxminən 1 000 tank, 350-dən çox artilleriya, 30 qırıcı-bombardmançı, 50 helikopter itirib.

Pentaqon hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alınsa belə, Rusiya hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.

“Rusiyanın döyüşdə istifadə edə biləcəkləri vasitələrin, texnikanın və silahların sayı həqiqətən üstündür və biz bunu nəzərə almalıyıq”, - Pentaqondakı mənbə bildirib.

Loading...