Rusiya ilə bağlı GÖRÜNMƏMİŞ HADİSƏ - Prezident ELAN ETDİ

02.10.2022 00:07
6022
Rusiya
Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) idarə heyətinə yenidən seçilmək üçün kifayət qədər səs toplaya bilməyib.

AZSABAH.COM-un xəbərinə görə, bununla bağlı Reuters agentliyi məlumat yayıb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) oktyabrın 7-dək Monrealda davam edən assambleyasında Rusiya 36 ölkədən ibarət təşkilatda qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

ICAO-nun prezidenti, Cənubi Afrika Respublikasının Mülki Aviasiyasının baş direktoru Poppi Hoza vəziyyəti görünməmiş hadisə adlandırıb.