AZSABAH.COM Musavat.com-a istinadən xəbər verir ki, İvanovo vilayətində yerləşən “Teykovski” raket bölməsi tərəfindən keçirilən təlimdə “Yars” raket kompleksləri hərbi patrul marşrutuna çıxarılıb.
Qeyd edək ki, “Yars” və ya “RS-24” bərk yanacaqla işləyən qitələrarası ballistik raket kompleksdir. 2009-cu ildə Rusiya ordusuna daxil olan kompleks çoxsaylı döyüş başlıqlarına malikdir və 11 min km məsafədəki hədəfləri vura bilir.
Ballistik raket müdafiə sistemləri tərəfindən aşkarlana bilmir və eyni vaxtda 3-6 hədəfi vura bilir.
Musavat.com