Rusiya HƏRƏKƏTƏ KEÇİR: 11 min kilometrlik BALLİSTİK RAKETLƏR...

16.12.2023 20:33
381
657dd21072881202312233632
Rusiya Müdafiə Nazirliyi Strateji Raket Qüvvələrinin nüvə başlıqlı qitələrarası ballistik “Yars” raket kompleksləri ilə təlimlərə başladığını açıqlayıb.

AZSABAH.COM Musavat.com-a istinadən xəbər verir ki, İvanovo vilayətində yerləşən “Teykovski” raket bölməsi tərəfindən keçirilən təlimdə “Yars” raket kompleksləri hərbi patrul marşrutuna çıxarılıb.

Müdafiə Nazirliyi təlim zamanı “Yars” raket komplekslərinin 100 km məsafədə yerləşdiriləcəyini qeyd edib.

Qeyd edək ki, “Yars” və ya “RS-24” bərk yanacaqla işləyən qitələrarası ballistik raket kompleksdir. 2009-cu ildə Rusiya ordusuna daxil olan kompleks çoxsaylı döyüş başlıqlarına malikdir və 11 min km məsafədəki hədəfləri vura bilir.

Ballistik raket müdafiə sistemləri tərəfindən aşkarlana bilmir və eyni vaxtda 3-6 hədəfi vura bilir.


Musavat.com