Rusiya Ermənistanı ŞOKA SALDI

30.01.2021 01:16
3969

Ermənistan milli komandası futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə böyük hesablı məğlubiyyətlə başlayıb.

AZSABAH.COM-un məlumatına görə, bu gün keçirilən 2-ci qrupun ilk tur matçında rəqib Rusiya yığması olub. Ermənistan futzalçıları ilk yarıda 4, ikinci hissədə 2 top buraxaraq, darmadağın olublar - 0:6.

Turun digər görüşündə Fransa evdə Gürcüstanla heç-heçə edib - 4:4. Növbəti turda Gürcüstan Rusiyanı, Ermənistan isə Fransanı qəbul edəcək.

Loading...