Rusiya dəhşətli itkilər verdi - SON DƏQİQƏ AÇIQLAMASI GƏLDİ

08.06.2022 22:23
210
photo_15556317

Rusiya qüvvələri artilleriyadan Baxmut istiqamətində Kamışevax, Vrubovka, Nikolaevka, Semiqorye və Nyu-York yaşayış məntəqələrinin ərazilərini atəşə tutub.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna aviasiyası Novaya Kamenka, Pokrovski və Klinovoye yaxınlığında Rusiya təyyarəsini vurub.

Bu arada, Donetsk vilayətinin Berestovye yaxınlığındakı hücum zamanı Rusiya qüvvələri xeyli itki verib. Döyüşlər davam edir.

Ruslar Severodonetski də atəşə tutmaqda davam edir.