Rusiya bu rayonların azad edilməsinə MANEƏ OLMAYACAQ, AMMA... - Politoloq ELAN ETDI

23.10.2020 10:24
1

“Putinin Valday Klubundakı Qarabağ məsələsi ilə bağlı fikirləri maraqlı idi. Azərbaycan-Ermənistan münaqişəsi, Qarabağla bağlı sualları xarici iştirakçılar verdi. Rusiya təmsilçiləri bu mövzuya girmədi. Halbuki, zalda erməni əsilli ekspertlər də var idi. Bu, maraqlı nüansdır”.

AZSABAH.COM xəbər verir ki, bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib.

Cəfərlinin sözlərinə görə, Putin deyib ki, hələlik münaqişədə tərəf deyilik, çünki Ermənistanla strateji, Azərbaycanla isə dost münasibətlərimiz var: “Ən vacib məqam isə odur ki, Putin Azərbaycan torpaqlarının daim işğalda qala bilməyəcəyini vurğuladı".

“Putin Sumqayıtda və Qarabağda ermənilərim öldürüldüyünü dedi, amma nə Xocalını, nə də bu günlərdə olan Gəncə faciəsini yada saldı, hətta 1915-ci hadisələrini də xatırlatdı. Məncə, yaxşı mesaj deyildi. Amma Putin erməni xalqına mesaj verdi ki, söhbət sizdən getmir, xristianları sevirik, lakin rəhbərinizlə problemimiz var”, -Cəfərli əlavə edib.

N. Cəfərli bildirib ki, Putin Türkiyə, Ərdoğan haqqında pozitiv danışdı, amma “qırmızı cizgilərin” olduğunu da gizlətmədi: “Görünən odur ki, Kreml Türkiyəni NATO-dan qoparmaq istəyini gizlətmir və buna nail olacağını düşünür. Bu düşüncə bizə sərf edir, amma mən Türkiyənin NATO-dan, Qərbdən qopacağını düşünmürəm”.

N.Cəfərlinin qənaətincə, Putin, hələ ki, Azərbaycan-Ermənistan arasında gedən müharibəyə qarışmaq istəmir: “Çünki hələ Ermənistanda məqsədinə çatmayıb, Kreml 7 rayonun tam azad olunmasına qarışmayacaq. Amma Xankəndinın tam təslim olmasına da, deyəsən, imkan vermək istəmirlər. Ümumi götürsək, Putinin çıxışı bizə qarşı deyil. Görünür ki, adam gücə, hərbə, torpaq qaytarmağa simpatiya ilə yanaşır, məsələyə “Krım naş” dalğasında baxır. Bir sözlə, təmizliyə davam, yaxşıdı hər şey”.

Loading...