Rus ordusu Ukraynadan qaçmağa başladı - VİDEO

11.09.2022 19:32
4360
631e015c8fd88202209224012

Rusiya ordusunun çox uzun hərbi karvanı Oskol çayından keçməklə qaçır. 

AZSABAH.COM xarici mediaya istinadla bildirir ki, bunu əks etdirən videonu Ukrayna Silahlı Qüvvələri yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya hərbçiləri Xarkov vilayətindən belə güclü şəkildə qovulur. Ukrayna Silahlı Qüvvələri bir neçə gün ərzində 50 kilometrdən çox irəliləyərək bir çox şəhər və kəndləri azad etməyə müvəffəq olub.

Oskol Severski Donetsinin sol, ən böyük qoludur. Çayın uzunluğu 472 km, eni əsasən 10 metrdən 40 metrə qədərdir.