Rus ordusu Qarabağdan çıxarıldı - SON DƏQİQƏ AÇIQLAMASI

09.03.2022 19:07
655
photo_89255058

"Rusların Qarabağdan çıxması, yaxud bir qisminin tərk etməsi rəsmi təsdiqlənməsi də mümkün ehtimaldır".

AZSABAH.COM xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Rusiya sülhməramlı kontingentinin bir hissəsinin sonradan Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı iddialarından danışarkən deyib.

"Birincisi, Moskva üçün əsas cəbhə Ukraynadır: Bakı ilə imzalanan müqavilə bu bölgədən arxayın olmağa imkan verir;

İkincisi, bunun hansı miqyasda olacağını demək çətin olsa da, Bakı müqavilənin qarşılığını almalıdır".

A.Nərimanlının sözlərinə görə, Rusiyanın hərbi-siyasi rəhbərliyində bu məsələ ilə bağlı fikir ayrılığının olması istisna deyil: "Bu baxımdan, zərurətin yaradılmasına, eləcə də ermənilərin reallığı qəbul etməsinə ehtiyac var", - o bildirib.