Rus general dünən İrəvandan Bakıya niyə gəlmişdi? - Muradov SENSASİON DETALLARI AÇDI (VİDEO)

09.04.2021 15:16
5694

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla görüşəcək.

AZSABAH.COM Publika.az-a
 istinadən xəbər verir ki, Paşinyan Muradovla “əsir” məsələsini müzakirə edəcək.

“Hraparak” qəzeti yazır ki, Paşinyanın məqsədi cəmiyyətə “əsir”lərlə bağlı yalan danışmadıqlarını göstərməkdir.

Qəzetin əməkdaşları Rüstəm Muradova otelin foyesində yaxınlaşaraq, baş verənlər haqqında soruşub.

“Bu, təxribatdır, onlar (Ermənistan hökuməti) əhalini aldadırlar, mənim Bakıya səfərim işgüzar səfər idi”, - Muradov cavabında deyib.

Hazırda Ermənistanın əsir adlandırdığı terrorçuların yaxınları Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Loading...