"Robotlaşdırılmış Reklam Həllərinin Təqdimatı" adlı tədbir keçirildi - FOTO

10.08.2023 10:59
1565
64d492b46069a202308233308
9 avqust tarixində Fairmont Bakunun "Nizami Gəncəvi Grand Ballroom" zalında ölkədə ilk dəfə "Robotlaşdırılmış Reklam Həllərinin Təqdimatı" adlı tədbir keçirilib. 

AZSABAH.COM xəbər verir ki, Azərbaycan üzrə satış haqları "Artmood Agency"ə məxsus dünya üzrə tanınmış ABŞ şirkəti Mic Robotics və Yaponiya şirkəti Tokinomo robotlarının funksionallığı, aktuallığı,  günümüzdə reklam və xidmət sahəsinə verəcəyi töhfələr iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə müxtəlif şirkətlərin və dövlət qurumlarının nümayəndələri iştirak edib. 

Tədbirdə çıxış edən "Artmood Agency" şirkətinin təsisçi və rəhbəri Xəyalə Mütəllimova qonaqlara şirkətin fəaliyyəti, uğurları haqqında məlumat verərək robotların Azərbaycan reklam sektorunda canlanma yaradacağını bildirib. 

Eyni zamanda robotlar qonaqlara təqdim olunaraq funksiyaları haqqında geniş məlumat verilib. Tədbirdə robotlara ciddi maraq göstərilib və "Artmood Agency" şirkətinin reklam sahəsindəki xidmətləri yüksək qiymətləndirib.