Restoran, kafe və çay evləri barədə YENİ QƏRAR VERİLDİ - Bundan sonra...

29.05.2020 17:14
454

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saatları uzadılır.

AzSABAH.COM-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, xidmət saatları 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla). 

Loading...