Rəşad Dağlı qonşusunu görün nəyə görə öldürüb: İNANILMAZ FAKTLAR - VİDEO

09.11.2022 12:00
4673
636b62ea1cd40202211222058

Meyxanaçı Rəşad Dağlının qonşusunu qətlə yetirməsi ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

AZSABAH.COM Lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, meyxanaçının qətlə yetirdiyi qonşusu İskəndər Mehdiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının dayısı oğludur. Həmçinin mərhumun da meyxanaçı olduğu deyilir.

Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İ. Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusunu bıçaqlayaraq, onu həyatdan məhrum edib.

Məlumata görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hazırda araşdırmalar davam edir.