Rəşad Dağlı qətlin necə baş verdiyini AÇIQLADI: Qapını açıb meyiti aşağı atdım - DƏHŞƏTLİ FAKTLAR

10.11.2022 21:58
7748
636d416002215202211222224
Xəbər verdiyimiz kimi, bu gün qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

AZSABAH.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, proses zamanı bu sözləri deyib:

"Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi. Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım".

Ekspertiza müəyyən edib ki, Rəşad Dağlı zərərçəkmiş İsgəndər Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.