Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

05.04.2021 17:51
6189

Rəmiş ləqəbi ilə tanınan Xalq artisti Rafiq Hüseynov İkinci Fəxri Xiyabanda dəfn olunmayacaq.

AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, bu gün uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişən musiqiçinin vida mərasimi evində keçiriləcək.

“O, sabah evindən yola salınacaq və güman ki, Pirşağı qəbiristanlığında, qardaşlarının yanında dəfn ediləcək”, - musiqiçinin dostu Eldar Pənahoğlu bildirib.

Loading...