“Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır”.
AzSABAH.COM xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O, belə deyib: “Son günlərin yoluxma səviyyəsinin artması bu məsələdə biraz konservativ yanaşmaya vadar edir. Narıncı zonada yoluxmanın sayı artıqdır. Gediş-gəliş bərpa olunarsa, yoluxma daha da arta bilər. Operativ Qərargah hələlik bu məsələni saxlayıb”.