Rayonda məktəb direktorunun GÖRÜNTÜLƏRİ YAYILDI - Hər dərs saatı üçün 50 manat...- FOTO

19.01.2024 20:37
599
65aaa62d25019202401244117

“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.

Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova Oxu.Az-a açıqlamasında səsləndirib.

O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır.